Ətraf mühid
Lokal Qrupunun planetimizin ətraf mühitinin qorunmasına davamlı sadiqliyi bizim davamlı inkişafa doğru olan güclü bağlılığımızla və hərəkətlərimizlə daha da möhkəmlənir. Bizim layilə idarəçiliyimiz lüzumsuz və kortəbii olan torpaq dolğusunun və yol kənarı tullantılarının atılmasına yönəldilmiş hərtərəfli ətraf mühit xidmətləri prosedurlarının yaradılması ilə dəstəklənir. Müxtəlif layihələndirmə dəstlərinə, o cümlədən inşaat materiallarına, torpağın münbit qatının düzəldilməsinə və bərpasına, torpaq bərpası emalına, geniş kütləyə satmaq məqsədilə narın inşaat materiallarının və əlavə materialların yenidən toplanmasına və istehsalına yönəldilmiş ciddi protokollar formal SƏTƏM direktivləri də daxil olmaqla təşkil edilmişdir.
Davamlı inkişaf
Lokal Şirkətlər Qrupunun əsas idarəçilik etikası bizim Davamlı İnkişafa olan sadiqliyimizdir ki, bu da bizim inşaat əməliyyatlarının hər bir aspektində nümayiş etdirilir. İnşaat materiallarının ən yaxşı inşaat metodları və təcrübələri ilə tətbiqindən və keyfiyyətli inşaat materiallarının mənbəyinin müəyyən edilməsindən başlayaraq bizim sahələrimizdə SƏTƏM yanaşmaları vardır ki, bu da onlara bizim ətraf mühitin qayğısına qalmaq və effektivlik hədəflərimizə nail olmaq üçün davamlı monitorinq proqramımızı idarə etmələrinə imkan verir. Lazımsız tullantıları, betonu və asfaltı toplamaqla və onların həddindən artıq tullantıya çevrilməsinin qarşısının alınması məqsədilə onlardan torpaq dolğularında istifadə etməklə bizim layihə idarəetmə qruplarımız öz işçilərimiz və ümumi xalq kütləsi üçün gələcəkdə təhlükəsiz və sağlam iş mühiti yaradılması məqsədilə dünya səviyyəli standartlara davamlı şəkildə əməl etməyin həyata keçirilməsində qərarlıdır.
Lokal Şirkətlər Qrupu Azərbaycanda bir çox ən böyük və ətraf mühit cəhətdən ən həssas inşaat layihələrinin həyata keçirilməsində iştirak etmişdir.Bizim ekoloji sabitlliyə məsuliyyətli münasibətimiz və sənayedə aparıcı təkrar istehsal münasibətimiz bizə imkan verir ki, inşaat layihələrindən gələn asfalt və beton tullantılarını təbii resurslarımızın ömrünü uzadan və müştərilərimizi ilkin dolğu materiallları istifadəsinin etibarlı, qənaətcil və geniş çeşidli “yaşıl” alternativi ilə təmin edən toplanaraq yenidən istehsal olunmuş dənəvər məhsullara çevirək. Mövcud strukturların bərpası və yenidən inşa edilməsi nəticəsində yaranan tullantıların atılması və emalı məqsədilə iş sahəsində ekoloji cəhətdən təmiz material təsnifatının və təkrar istehsalının həll yolları tapmaq üçün Lokal Şirkətlər Qrupunun Ətraf Mühit Bölməsi Sifarişçilər, müştərilər və layihə sahibləri ilə əməkdaşlıq edir.
Ətraf mühitin qorunması
Lokal Şirkətlər Qrupunun layihələndirmə və inşaata rəhbərlik komandaları tam olaraq davamlı inkişafa və təbii ətraf mühitin və onun mərkəzində insan sağlamlığının qorunmasına tam sadiqdirlər. Şirkətin yüksək rəhbərliyi həyata keçirilən inşaat biznesi fəaliyyətlərinin ətraf mühitə olan təsirini və həmçinin saf havanı, təmiz suyu, torpağı və təbii ehtiyatları qoruyub saxlamaq, və eyni zamanda texnologiyadan istifadəni optimallaşdırmaq və təbii gözəllik və turist marağı olan əraziləri qoruyub saxlamaq məqsədilə qənaətcil və münasib hədəflərə nail olmaq işlərində üzərinə düşən məsuliyyəti dərk edir. Lokal Şirkətlər Qrupunun İcraedici Rəhbəri ətraf mühit ehtiyaclarının qarşılanması üçün davamlı reaksiya etikasına sadiqdir.
Ekoloji xidmətlərin xülasəsi
Landşaft və Landşaft suvarma
- QAZON ÖRTÜYÜNÜN DÖŞƏNMƏSİ
- TOXUMUN SU İLƏ QARIŞDIRILARAQ PÜSKÜRDÜLMƏSİ
- SAHƏ VƏ TOPRAĞA UYĞUN AĞAC SEÇİMİ
- SU ÇİLƏMƏ SİSTEMLƏRİNİN QURAŞDIRILMASI
- FİLTR (SÜZGƏC) VƏ MÜHƏRRİK HİSSƏLƏRİN MÜVAFİQ TƏZYİQƏ UYĞUN QURAŞDIRILMASI
- TOPRAQ ANALİZLƏRİ
- ÇİMLƏ ÖRTÜLMÜŞ DİVARLARIN DÜZƏLDİLMƏSİ
- TORPAQ ALTI TƏZYİQLİ SİSTEMLƏRİN QURAŞDIRILMASI (ÇİM ÜÇÜN)
- SULAMA SİSTEMLƏRİNİN AVTOMATİKLƏŞDİRİLMƏSİ
Kənd təsərrüfatı
- AÇAR TƏHVİLİ, ALÇAQBOYLU MEYVƏ AĞACLARININ ƏKİLMƏSİ
- DAMLAMA VƏ SULAMA SİSTƏMLƏRİNİN QURAŞDIRILMASI
- MAKRO VƏ MİKRO ÇİLƏMƏ SİSTEMLƏRİ
- AVTOMATİK PLASTİK, POLİKARBON VƏ ŞÜŞƏ ORANJEREYALARIN (ŞÜŞƏBƏNDLƏRİN) QURAŞDIRILMASI
- TORPAQ ANALİZLƏRİ
- DRENAJ
Təmizlik xidmətləri
- HÜNDÜR MƏRTƏBƏLİ BİNALARIN FASAD HİSSƏSİNİN MEXANİKİ VƏ ƏL İLƏ TƏMİZLƏNMƏSİ.
- İNŞAAT VƏ TƏMİR SONRASI İLKİN TƏMİZLƏMƏ.
- YER ÖRTÜKLƏRİNİN QURU VƏ KİMYƏVİ TƏMİZLƏNMƏSİ.
- DEZİNFEKSİYA- İNFEKSİON MİKROBLARA, GƏMİRİCİLƏRƏ, HƏŞƏRATLARA QARŞI MÜBARİZƏ.
- PARKLARDA VƏ HƏYƏTYANI SAHƏLƏRDƏ FONTANLARIN VƏ SÜNİ ŞƏLALƏLƏRİN TƏMİZLƏNMƏSİ.