Ətraf mühitin idarə olunması
Davamlı inkişaf
Lokal Qrupun rəhbərlik etikası ən yaxşı inşaat metodlarının tətbiqindən tutmuş keyfiyyətli inşaat materialları mənbələrinin tapılmasına qədər olan inşaat əməliyyatlarımızın hər bir aspektində nümayiş etdirilən Davamlı İnkişafa olan bağlılığımızdır. Bizim SƏTƏMM sahəsinə olan münasibətimiz bizim ətraf mühitin qorunması üçün göstərdiyimiz qayğı və effektivliyin monitorinqi proqramını, lüzumsuz söküntü qalıqlarının, beton və asfaltın yenidən toplanması, azaldılması və torpaq dolğularında onlardan istifadə edilməsini əhatə edir. Rəhbərliyimiz işçilərimiz və geniş ictimaiyyət üçün təhlükəsiz və sağlam iş mühitinə əməl olunmasını davamlı təcrübə kimi qəbul etmişdir.
Biz Azərbaycanda ən böyük və ətraf mühit nöqteyi-nəzərindən ən həssas layihələrdə iştirak etmişik. Bizim ətraf mühitin qorunmasına olan bağlılığımız və sənayedə aparıcı yer tutan tullantıların toplanaraq yenidən istifadəsinə olan münasibətimiz inşaat layihələrindən çıxan asfalt və beton qalıqlarını yenidən istehsal olunmuş dənəvər tikinti materiallarına çevirməklə təbii sərvətlərimizin ömrünü uzatmağa və müştərilərimizi ilkin dolğu materialları istifadəsinin etibarlı və qənaətcil olan geniş çeşidli “yaşıl” alternativləri ilə təmin etməyə bizə imkan verir.
Lokal Qrup həmçinin digər beynəlxalq şirkətlərlə, Sifarişçilərlə, müştərilərlə və layihə sahibləri ilə əməkdaşlıq edərək mövcud strukturların bərpasından və yenidən inşa olunmasından yaranan söküntü qalıqlarının atılması və emalı üçün sahədə ekoloji cəhətdən təmiz ayırmanın həll yollarını inkişaf etdirir.