N.Nərimanov pr. 127/7Bakı, Azərbaycan
(+994 12) 510 47 71info@lokalgroup.az
Baz.Ert - Şən 9.00 - 18.00Bazar günü bağlı
  1. Haqqımızda
  2. Məram və Məqsədlərimiz

Məram və Məqsədlərimiz

Məram və Məqsədlərimiz

Lokal Qrup istənilən layihələndirmə və inşaat işlərinin tələblərinə uyğun geniş çeşidli layihələndirmə və tikinti xidmətlərinin Keyfiyyətli Təminatçısı olması ilə fəxr edir. Bizim Qrupun ofisləri əsas korporativ kökləri tarixən SSCB illərinə gedib çıxan mülki və tikinti sənayesində uzunmüddətli ənənələrə malikdir. Biz mövcud bazarların, müştərilərin və alıcıların davamlı tələblərinə cavab verən və həmin tələblərdən daha artıq yeni layihələndirmə və tikinti təklifləri və xidmətləri yaratmağa, inkişaf etdirməyə və təklif etməyə ardıcıl şəkildə səy göstəririk. Lokal Qrup Azərbaycanda aparıcı layihələndirmə və inşaat şirkətinə çevrilmək və beynəlxalq tikinti bazarında layihələri ən yüksək beynəlxalq keyfiyyət standartlarına cavab verməklə davamlı şəkildə yerinə yetirməklə tanınmaq üçün nəzərdə tutulan 2025-ci il biznes planını inkişaf etdirməyə və yerinə yetirməyə davam edəcəkdir.

Missiyamız haqqında

Bizim missiyamızın icrası və hədəflərimizə çatmaq üçün Lokal Qrupun aydın müəyyən edilmiş biznes fokusu ilə keçdiyi yol mühüm faktorlara dayanır. Bu gün Lokal Qrup dizayn və tikinti üzrə sənayedə ən böyük müstəqil, beynəlxalq səviyyəli şirkət olması ilə fərqlənir. Bizim hədəfimiz müştərilərin ehtiyaclarına, eləcə də, proqresiv və yüksək rəqabətli bazarda onların tələblərinə əsaslanır. Lokal Qrup sizin tikinti planlarınızı həyata keçirmək və investisiyaları mümkün olan ən yüksək standartlarda-vaxtında və büdcəyə uyğun olaraq təqdim etmək üçün hər zaman sizin yanınızda olacaqdır. Müstəqil şirkət olan Lokal Qrup qısa-müddətli rüblük marağın təsirinə məruz qalmır.

Bizim missiyamız

  • Qiymət baxımından lider olmağa əsaslanmaqla tikinti və mühəndisi işləri həyata keçirmək və təkmilləşdirmək.
  • Sifarişçi və müştərilərimizin tələblərinə cavab vermək məqsədi ilə hər bir aspektdə yüksək nəticə əldə etmək.
  • Keyfiyyət, vaxtında çatdırılma, təhlükəsizlik və ətraf mühit məsələləri ilə əlaqədar olan sərt tələblərə cavab vermək.
  • Səmərəli idarəetmə qrupu üslubu ilə əməkdaşlıq əsasında davamlı inkişaf əldə etmək.
  • Məhsuldarlığı artırmaq, idarəetmə təşkilatımızı davamlı inkişaf etdirmək və bütün işçi heyəti arasında əsas iş etikalarını aşılamaq.
  • Unikal və xüsusi bir şirkətə çevrilmək məqsədi ilə təşkilatimizin gələcəyi üçün dəyərlər müəyyən etmək.
  • Biznesə əsaslanmış və təşkilatı artımı nəzarətdə saxlayan şirkət kimi qalmaq; eyni zamanda, bu uğura töhvə verənləri tanımaq.

Bizim baxışlarımız

Lokal Group bizim tikinti layihələrimizi və obyektlərimizi aşağıda verilənlərə əsaslanmaqla təhvil verəcəkdir:

  • Səmərəli qiymət həlləri ilə müştəri istəklərinə yönəlməklə
  • İnnovativ R&D qrupumuz ilə davamlı inkişaf proqramından səmərəli istifadə etməklə
  • Sertifikatlaşmış tənzimləyici vasitəçi kimi layihələri başa çatdırmaqla

Bizim əsas hədəfimiz hər bir müştərinin ehtiyacına cavab verməkdən ibarətdir. Biz layihələrimizi müştərilərimizin ehtiyaclarına uyğun olaraq həyata keçiririk və bilirik ki, bu layihələr onların tələblərinə tam cavab verir. Lokal Qrupun idarəetmə heyəti layihənin başlanğıc mərhələsindən təhvil mərhələsinə kimi olan inkişaf prosesinə birbaşa nəzarət edir. Lokal Qrupun tikinti və xidmət şöbələri ISO 9001:2008 və digər beynəlxalq standartların tələblərinə, o cümlədən müştərinin ölkəsində mövcud olan təlimatlara cavab verir. ISO standartlaşdırma üzrə beynəlxalq təşkilatdır və peşəkar biznesin idarə edilməsi və keyfiyyətə nəzarət prosesləri üçün beynəlxalq nümunə kimi tanınır.

Nəyə görə Lokal Group?

Aydın müəyyən edilmiş biznesə köklənərək və istiqamətlənərək bizim dizayn və tikinti həllərimiz çoxsaylı və yüksək səviyyəli yaşayış kompleksi, sənaye və kommersiya tipli obyekt layihələrinin tələblərinə cavab verir; öz tikinti və müasir bazar təcrübəsi ilə Lokal Group müştərilərə və sifarişçilərə öz hədəflərinə çatmaqda köməklik göstərməyə hər zaman hazırdır.

© 2024 Lokal Group