Sərmayə yatırımı
Çox ixtisaslı idarəetmə sahələrinə malik bir təşkilat olan Lokal Şirkətlər Qrupu olaraq bizim çoxlu Sifarişçilərimiz qarşısında daimi davamlı öhdəçiliklərimizin olmasına əmin olmaq üçün biz öz üzərimizə düşən məsuliyyəti qəbul edirik. Paralel olaraq bizim həm də işləyən insanlarımız, səfərdə olan işçilərimiz və geniş ictimaiyyət qarşısında öhdəçiliklərimiz vardır ki, bu öhdəçiliklərə əsasən Lokal Şirkətlər Qrupunun layihə komandası Qrupun mümkün olan ən yüksək səviyyədə sağlamlıq, əmək təhlükəsizliyi və ətraf mühit standartlarına çatmaq üçün üzərimizə düşən öhdəlikləri qəbul və nümayiş etdirir. Bizim ilkin borcumuz əsas biznes strategiyamızın inkişafını konstruktiv şəkildə tanımaq və onun çətinliklərinə baxmadan ona öz töhfəmizi verərək əmin olmaqdır ki, şirkətimiz və baş menecerlər əsas diqqətlərini həm 2021-ci il üçün olan, həm də uzunmüddətli strateji biznes planımıza cəmləyirlər..
Dövlət - Özəl sektor birlikləri
Alternativ Maliyyələşdirmə və Alqı-Satqı layihələri kimi də tanınan Dövlət-Özəl Sektor Birlikləri irihəcmli əsaslı inşaat layihələrinin həyata keçirilməsində getdikcə daha çox qəbul olunur.
Dövlət və Özəl Sektor Birliyi layihələri müxtəlif təmas tərtibatları vasitəsilə yerinə yetirilir, o cümlədən
- Konstruksiya-Maliyyə (BF)
- Layihələndirmə-Konstruksiya-Maliyyə (DBF)
- Layihələndirmə-Konstruksiya-Maliyyə-Saxlanma (DBFM)
- Layihələndirmə-Konstruksiya-Maliyyə-Saxlanma-Əməliyyat (DBFMO)
Layihələrin həyata keçirilməsinin bu yenilikçi metodu riski, onu ən yaxşı anlaya və idarə edən tərəflərə- sərmayədarlara, maliyyəçilərə, dizaynerlərə, inşaat podratçılarına, konsultasiya mütəxəssislərinə, operatorlara, təchizatçılara, xidmət təşkilatlarına və konsessiyaçılara yönləndirir. Nəticədə yaranan konsorsium sifarişçinin və layihənin məqsədlərinə çatmaq üçün həmahəng bir komanda kimi hərəkət edir.
Sizin üçün faydalı
Dövlət-özəl sektor birliklərinin əsas faydalarından biri riskin (məsələn, əməliyyat, texniki qulluq, layihələndirmə, inşaat və bərpa xərcləri və zamanlama risklərinin) vergi ödəyicisindən özəl sektora ötürülməsidir. Belə etməklə, layihə xərcləri, qrafik, keyfiyyət, mövcudluq və xidmət cəhətdən yüksək bir səviyyəyə gətirilə bilər. Lokal Şirkətlər Qrupu Dövlət-Özəl Sektor Birliklər layihələrinin uğurla yerinə yetirilməsində yaxşı nailiyyətlərə və sübut olunmuş qabiliyyətə malikdir.
Davamlı biznes sərmayələri və bazarlar üçün material kimi
Lokal Qrupunun Sərmayə Yatırımı İdarəetməsi inteqrasiya olunmuş davamlı inşaatın, sifarişçilərimizin hər bir dollar üçün baxışlarına və mövqelərinə uyğunluğun arxa fonunda uzunmüddətli fərdi sərmayə imkanına sadiqdir. Bizim sərmayə fəlsəfəmizin nüvəsində davamlılıq amillərinin uzunmüddətli biznes sərmayə yatırımlarının gəlirliliyinə birbaşa təsir etməsinin tam olaraq tanınması dayanır. Bizim sifarişçi səhmdarların maraqlarına zaman keçdikcə biznes, iqtisadi, sosial və ətraf mühit sahələrində iş qabiliyyətlərini strateji şəkildə idarə etməklə maliyyə qabiliyyətlərini maksimal həddə çatdıran şirkətlər xidmət edəcəklər.
Lokal Qrupunun sərmayə üzrə konsultasiya mütəxəssisləri səhmdarların uzunmüddətli gəlirlərini artırmağa kömək etmək məqsədilə müəssisə sərmayədarları ilə bizim şirkətlər qrupu arasında işgüzar əlaqələrin keyfiyyətini artırmaq üçün aydın məqsədlərə malikdirlər; investisiya şirkətləri ilə yaxud fərdlərlə sərmayə sahəsində yaxşı nümunəvi məsləhətlər verməklə inanırıq ki, yaxşı sərmayə rentabelliyi üçün hər bir şərait var. Biznes üçün bu keçidin maddiliyindən sərmayədarlarımızın getdikcə daha da xəbərdar olduqlarına inandığımız üçün biz düşünürük ki, yenidən canlandırılmış inşaat bazarları daxilində maliyyə bazarlarının daha da irəliyə getməsi üçün böyük imkanlar var. Əslində biz inanırıq ki, davamlı layihələndirmə və konstruksiya həll yolları gələcək onilliklərdə bizim inkişafımızın iqtisadi sərmayə yatırımları üçün əsas təkanverici qüvvə olacaqdır.