N.Nərimanov pr. 127/7Bakı, Azərbaycan
(+994 12) 510 47 71info@lokalgroup.az
Baz.Ert - Şən 9.00 - 18.00Bazar günü bağlı
  1. Xidmətlər
  2. Topoqrafiya

Topoqrafiya

Topoqrafiya

Topoqrafik planlama üsullarına və metodlarına ümumi baxış

Lokal Qrupunun topoqrafiya üzrə konsultantı olan şirkət müxtəlif irihəcmli sənaye dəhlizi layihələrinin topoqrafik işləri üçün topoqraflar təmin etmişdir. Bütün topoqraflar neft və təbii qaz boru xəttləri və həmçinin enerjidaşıyıcı xəttlərin topoqrafik planalmasında geniş praktiki təcrübələrə malikdir. Lokal Qrupunun topoqrafları bir çox Xəzəryanı dövlətlərdə irihəcmli boru xəttləri layihələrini və enerji daşıyıcı sənaye dəhlizlərinin topoqrafik planaalma işlərini tamamlamışlar. Bizim konsultantlar sərhəd planaalmasında, kadastr planaalmasında, yer səthinin planaalmasında, icra və inşaat çertyojları üçün piketləmələrdə praktiki təcrübələrə malikdirlər. Hər bir layihə üçün iş həcminə adətən nəzarət şəbəkəsinin təmin olunması və verilmiş torpaq sahəsinin hüdudları daxilində bütün fiziki/topoqrafik predmetlər daxildir. Bu mühüm yerli bilgi xəritəçəkmə, servitutların yazılması və inşaat piketləməsi üçün tələb olunur.

Sahə komandaları bir çox topoqrafik predmetlərin toplanması məqsədilə torpaq və səyyar topoqrafik müşahidədən istifadə etmək qabiliyyətinə malikdir. Topoqrafik predmetlərə bütün mövcud enerji daşıyıcı və paylayıcı xidmət xəttləri, yollar, hasarlar, tikililər, kontakt naqilləri, səkilər, magistrala çıxan yollar, suvarma, sərhəddənkənar istifadə boru xəttləri və drenaj quyuları daxildir, lakin bunlarla məhdudlaşmır. Mülkiyyət hüdudları və servitutlar xəritə şəklində hazırlanaraq xidmət xəttlərinin dəhliz çertyojlarında göstəriləcəkdir; biz bütün layihə müddətində yüksək səviyyəli rabitəni saxlayacağıq. Layihə başlayan kimi inşaatda qarşıya çıxan məsələləri minimallaşdırmaq məqsədilə topoqrafik işçi heyəti podratçı və layihələndirmə mühəndisi ilə birlikdə işləyəcəklər.

Bu ümumi baxış nəzarətin və topoqrafik işlərin yerinə yetirilməsi üçün istifadə olunan müxtəlif növ planaalma və avadanlıqlar barədə anlayış verir. O, qurğuların layihələndirilməsinin və inşasının tərtibi işinin dəstəklənməsində istifadə edilən müxtəlif növ mühəndis topoqrafiya işlərini, istifadə olunan müxtəlif növ topoqrafik avadanlıq və cihazları, və yerinə yetirilən ümumi sahə və ofis prosedurlarını yığcam şəkildə əhatə edir.

Topoqrafiya işləri - Ümumi anlayışlar

“Topoqrafik planaalma” anlayışına topoqrafik aerofotoqrafiyalardan tutmuş yer səthinin və yer altının topoqrafik planaalmasına qədər olan çoxnövlü topoqrafiya və xətitəçəkmə avadanlıqları daxildir. “Nəzarət Topoqrafiya Ölçmələri” də bənzər şəkildə geniş sahəli geodeziya ölçmələrini və inşaat topoqrafiya işlərini əhatə edə bilər. Aşağıda verilmiş anlayışlar topoqrafiya və nəzarət ölçmələrinin necə ümumi “Topoqrafiya və Xəritəçəkmə” sahəsinin bir kateqoriyası olduğunu nümayiş etdirir.

Topoqrafik ölçmə

Şaquli və üfüqi fəza nisbətlərinin müəyyən olunması məqsədilə yer səthinin bir hissəsinin seçilmiş təbii və süni quruluşlarının plana alınması

Nəzarət topoqrafiya ölçmələri

Tabeli topoqrafiya və xəritəçəkmə işlərinin dəstəklənməsi və onlara nəzarət olunması üçün üfüqi və şaquli mövqe ölçülərini təmin edən topoqrafik ölçmə

Topoqrafiya və Xəritəçəkmə

Lazım gələrsə əlaqədar sənədlərdə əyani vəsait kimi istifadə olunması məqsədilə dəqiq və etibarlı xəritələr çəkilməsi üçün torpaqda, havada, fəzada və suda olan təbii və süni predmetlərin mövcudluğunun, adının, yerləşdiyi yerin, ölçülərinin və əhatə dairəsinin sənədləşdirilməsi üçün məxsusi olaraq layihələndirilmiş birbaşa ölçmə və analiz prosesi

© 2024 Lokal Group