N.Nərimanov pr. 127/7Bakı, Azərbaycan
(+994 12) 510 47 71info@lokalgroup.az
Baz.Ert - Şən 9.00 - 18.00Bazar günü bağlı
  1. Xidmətlər
  2. Layihələndirmə

Layihələndirmə

Layihələndirmə

Layihələndirmə

Beynalxalq təcrübə əsasında biz bank mərkəzləri, kollektiv evlərin layihələri, ofis binaları, otellər, sənaye və maddi-texniki parklar, ticarət məkanları və bir çox digər bu kimi bir sıra geniş miqyaslı və yüksək profilli layihələri dəqiqliklə işləyib hazırlamışıq.

Şirkətimiz professional şəkildə sığorta olunmuş və ISO9001 və ISO14001 sertifikatları ilə təltif olunmuşdur.

Biz aşağıdakı sahələrin layihələndirilməsi üzrə ixtisaslaşmışıq:

  • İsitmə sistemi
  • Ventilyasiya
  • Havalandırma
  • Soyutma sistemi
  • Su kəməri çəkilişi
  • Çirkab sular
  • Xarici su təchizatı şəbəkələri
  • Yanğın təhlükəsizliyi xətləri və hidrantlar (supaylaşdıran kranlar)
  • Elektrik işləri
  • Zəif axın
  • Avtomatlaşdırma

Geniş iş təcrübəsinə malik yüksək ixtisaslı peşəkar mühəndislərdən ibarət komandamızın əsas məqsədi müştərilərimizə ən yaxşı mümkün xidmətləri təklif etməkdir. Mütəxəssislərimiz tərəfindən həyata keçirilən layihələndirmə işləri zamanı ən yaxşı texniki imkanlar və layihələrdə yaranan xətalar kompüterin köməyi ilə tamamilə aradan qaldırılmaqla həll edilir. Biz müştərilərimizlə möhkəm əməkdaşlıq şəraitində işləyərək onların tələblərinin ən yaxşı səviyyədə həll edilməsinə nail olmaq üçün çalışırıq.

Bizim avadanlıq təchizatçıları ilə iş birliyimiz mövcuddur, beləliklə də biz hər zaman ən son texnologiyalar barədə məlumata malik oluruq və onlardan öz layihələrimizdə, tikilən binaların mənfəətli şəkildə istismarını təmin etmək məqsədi ilə mümkün qədər çox istifadə edirik. Biz həmçinin standartlara uyğun olaraq ətraf mühitlə müntəzəm qarşılıqlı əlaqəli olan dizaynlar hazırlayırıq.

Biz layihələri nəzərdə tutulmuş büdcə əsasında və sifarişçilərin arzularına hörmətlə yanaşmaqla yaradıcı, yenilikçi və funksional formada layihələndiririk.

Bizim başlıca prinsipimiz hər bir layihənin özünəməxsus şəkildə, unikal, ölçüsündən və mürəkkəbliyindən asılı olmayaraq maksimum dərəcədə mükəmməl olmasından ibarətdir.

İxtisas sahələrimiz

Şirkətimiz memari dizaynın bütün sahələrini - ilkin eskiz lahiyə, təfsilatlı dizayn, tarixi binaların qorunub saxlanılması və restavrasiyası, daxili dizayn, landşaft və s. kimi ixtisaslaşmış xidmətlərlə təmin edir. Biz hər bir sektora aid bütün miqyaslı layihələrdə, kiçik ölçülü fərdi ev layihələrindən tutmuş irimiqyaslı sənaye və ya ticarət məkanlarının layihələndirilməsində bilik və savadımızı tətbiq etməyə qadirik.

Biz müasir zamanla ayaqlaşırıq, buna görə də ən son elmi nailiyyətləri tətbiq etməklə lahiyələrimizi daha davamlı, daha düzgün və daha effektiv şəkildə hazırlayırıq.

İş etikamız

Məsələlərə yanaşma fəlsəfəmiz yarımçıq qalmış dizayn xidmətlərinin məsuliyyətli şəkildə təhvil verilməsindən başlayır.

Müştərilərimizin əsas məmnuniyyəti bizim təşəbbüskarlığımızdandır. Onların çağırışına səslənmək bizim ruh yüksəkliyimizin və yeniliyimizin başlanğıc nöqtəsidir. Biz inanırıq ki, uğurlu dizayna aydın məqsəd, məntiqi proses və yaradıcı icra vasitəsilə nail olmaq mümkündür.

Məqsədimiz

Əsas məqsədimiz müştərilərimizə onların hər bir layihəsində - dizayn və texniki sahədə ən yaxşı həll yollarını təklif etmək, müştərilərə yüksək keyfiyyətlə zəmanət vermək, uzunmüddətli işləri vaxtında və büdcə çərçivəsində tamamlamaqdır.

Öz təcrübələrimizi təklif etməyə cəhd göstərməklə biz müştərilərimizin tələbatlarını müəyyənləşdirməyə çalışır, tələb olunan xidmətləri dizayn prosesində mərhələli şəkildə təmin edir, işlərin dolğun və tam olaraq inkişafına və yerinə yetirilməsinə zəmanət veririk. Biz inşaat mühəndisliyi və elektrik mühəndisliyi sahəsində böyük səriştəyə malik olan savadını, işgüzarlığını və məhsudarlığını artıq sübut etmiş mükəmməl mütəxəssislərdən ibarət qrupumuzla möhkəm əlaqələrimizi daha da təkmilləşdirmişik. Keyfiyyətdə, planlamada və layihə xərclərinin təmin edilməsində güzəştə yol verilmir, planlama mərhələsində müştərilərimiz tam qiymətləndirmə və konsultasiya ilə təmin edilir. Məqsədimiz müştərilərimizin istəklərinə uyğun olaraq çevik münasibətlər qurmaq və onları gəlirli investisiya yatırmaqla təhlükəsiz, davamlı və cəlbedici işlə təmin etməkdir.

Komandamız

Gənc və dinamik peşəkarlardan ibarət komandamız özlərini müştərilərimizin hər bir tələbinin ən yaxşı səviyyədə həll edilməsinə həsr edirlər.

Biz öz işimizə çılğınlıqla yanaşır və yeni bacarıqlar əldə edərək daimi inkişaf etmək üçün müştərilərimizə öz xidmətlərimiz vasitəsilə məmnuniyyət qazandırırıq.

İşçilərimiz layihələndirmə işlərinə uyğunlaşmaqla komanda şəklində təşkil olunmuşlar. Layihələr - oraya cəlb olunan insanların tövsiyəsi, ideyaları və məsləhətləri əsasında yerinə yetirilir.

Bizim inkişaf mərhələmiz güclü dizayn rəhbərliyi əsasında idarə olunan komandamızın bütün üzvlərinin tövsiyəsi və şərhləri üçün açıq studiyadır. Tərbiyəvi atmosfer yaratmaqla müxtəlif və təcrübəli komandamız effektivliyi və nəticələri vaxtında təmin edir.

Təcrübəli layihəçi-mühəndislərdən ibarət komandamız təfsilatlı mühəndisi dizaynların və kompleks təhlillərin həyata keçirilməsi zamanı başlanğıc mərhələdə ilkin ideyaların təkmilləşdirilməsinə qadirdirlər.

Mülki Mühəndislik

Komandamızın əsas fəaliyyət sahələri layihələndirmə, müşavirlik və inşaatdır.

Biz bütün dünyadakı tikinti növlərinin geniş müxtəlifliyini nəzərə alaraq ictimai və özəl sektordakı müştərilərimizi planlaşdırma, proqramlaşdırma, memarlıq və daxili dizayn, davamlı layihələndirmə, müqavilələrə nəzarət, layihələrin idarəolunması və 3D modelləşdirmə kimi müfəssəl xidmətlərlə təmin edirik.

Bizim xidmətlərə tarixi tikililərin yenidənqurulması və restavrasiyası, hüquqi təhlillər, tikinti metodlarının və həcmlərin qiymətləndirilməsi, dəqiq dizayn və inşaat, texniki-iqtisadi təhlil və alternativ struktur sistemləri, bünovrələrin layihələndirməsi, tikinti xidmətləri və təhlükədə olan binalarda xüsusi araşdırmalar daxildir.

Biz mülki tikinti və sanaye sahəsində mürəkkəb strukturların layihələndirilməsi üzrə ixtisaslaşmış şirkətik və bu sahələr aşağıdakılardan ibarətdir:

  • Hündürmərtəbəli ofis və yaşayış binaları
  • Aliş-veriş mərkəzləri
  • Otellər
  • Xəstəxanalar
  • Pavilyonlar
  • Sərgilər
  • Avtomobil salonları
  • Təyyarə anqarları
  • Avtomobil dayanacaqları
  • Maddi-texniki parklar və anbarlar
  • Sənaye dəhlizləri
  • Yayma dəzgahı zavodları

Bizim xidmətlər layihə büdcəsinə və planlamasına uyğun olaraq dizayn tələblərini yerinə yetirməklə yaradıcı, innovativ və rentabelli nəticələrinə əsaslanır.

Əsas diqqət yetirilən məsələlər

Memar və dizaynerlərin əsas diqqət yetirdikləri məsələlər ondan ibarətdir ki, müasir binalarda hər hansı bir ölkədə istehsal olunan bütün enerjinin təxminən 40%–i sərf edilir və dünyada havaya buraxılan bütün karbon (CO2) qazının 40%-ini binalar təşkil edir. Getdikcə artan enerji xərcləri, ətraf mühit problemlərinin çoxalması bütün binalar üçün ekoloji cəhətdən daha təkmilləşdirilmiş və həssas layihələndirmələr və mükəmməl tikinti vasitəsilə ətraf mühitə minimal zərər vuran dizaynlar təklif etməyə vadar edir. Hakimiyyət orqanları, təşkilatlar və iri sifarişçilərin başlıca göstəriş və tələbləri ondan ibarətdir ki, bizim baş memarlarımız, dizaynerlərimiz və konstruktorlarımız bütün bina-qurğu sistemlərinin layihələndirilməsində və inşasında yeni kompleks standartlara və qaydalara əməl etsinlər.

Lokal Qrupun layihələndirmə və tikinti konstruksiyasına yanaşması iki cəhətdən təcəssüm olunur; birincisi “açar təslimi” üçün yeganə mənbəyi məsuliyyət olmaqla beşulduzlu yüksək memarlıq keyfiyyəti; ikincisi öz biznes münasibətlərimizi inkişaf etdirməkdən ibarətdir ki, bu zaman fərdlər ən yüksək ədalət və düzgün hörmət görürlər. Bizim müasir işçi layihələrimiz iri miqyaslı tikintilər üçün artan tələbləri gücləndirəcək, insanların sakit şəhər məhəllələrində yaşamaq, işləmək və ailə həyatından zövq ala bilmələrinə kömək etmək üçün cəmiyyət ruhunu daha da genişləndirəcəkdir.

Memarlıq planlarına ictimai yerləri və marşrutları olan ayrıca binalar da daxildir. Mağazalar, biznes məkanları, kafelər və əyləncə mərkəzləri birinci mərtəbədə yerləşir, aşağıda yeraltı dayanacaq nəzərdə tutulur, mənzillər qonşu binaların quruluşuna hörmət etməklə layihələndirilir və Xəzər dənizinə panoramalı görünüşə malik şəkildə forma verilir.

Bizim dizayn menecment sahəsində avantajlı hesab etdiyimiz model “açar təslimi” layihəsidir ki, bu zaman sifarişçilər layihənin başlanğıcından tamamlanmasına qədər olan müddət ərzində yalnız bir əsas şəxslə əlaqə saxlayaraq fəaliyyət göstərmək imkanı əldə edirlər. Ərazilərin tapılmasından, ərazinin tikinti vəziyyətinin dəyişdirilməsindən, ilkin layihələndirmə xərclərindən, layihələndirmə işlərinin tamamlanmasından, dövlət orqanlarının təsdiqindən, memarlıq və mühəndislik xidmətlərindən tutmuş yoxlama və istismara təhvil verilmə işlərinə, layihənin tamamlanmasına və yekun təhvil-təslim mərhələsinə qədər olan bütün işlər sifarişçilərin etimadını doğrultmaqla yerinə yetirilir. Lokal Qrupun rəhbərliyi layihənin bütün mərhələlərində sifarişçilərlə birlikdə fəaliyyət göstərərək onların Layihə Ofislərinə öz istedadlarından istifadə edərək estetik cəhətdən xoşagələn və funksional mürəkkəb bina və qurğular yaradan interyer dizaynerlərindən, certyojçulardan, peşəkar mühəndislərdən və ofis işçilərindən ibarət sadiq komanda vasitəsilə köməklik göstərməkdən qürur duyur.

Sağlam ünsiyyət və səmimiyyətimizi nümayiş etdirməklə, sifarişçilərimizlə birgə yaratdığımız layihələr vasitəsilə daha uzunmüddətli münasibətlər qururuq. Burada etimada əsaslanan gələcək bir ittifaq vardır. Layihələrdə təkrar iştirakımız və yeni müqavilələrə sövq edilməyimiz sübut edir ki, Lokal Qrup yarandığı vaxtdan etibarən hər bir ilin tələblərinə cavab verir. Həmin vaxtdan etibarən bizim layihələndirmə komandamız keyfiyyətli nəticələrə nail olmuşlar ki, bu da müştərilərimizin Lokal Qrupun Təhvil-Təslim zamanı onların işlərininin həyata keçirməsindən məmnun qalmasına səbəb olur.

Səciyyəvi təşkilatı bacarıqlarımız və yaradıcı zəkamız sayəsində biz hər zaman təqdimatların mükəmməlliyini yüksək standartlar əsasında qururuq. Əlaqələrimizi və komanda işimizi, eləcə də tədqiqat bacarıqlarımızı israrlı şəkildə quraraq sifarişçilərimizin çətin problemlərini həll edir, mükəmməl dizayn və xidmətləri onlara təqdim edirik.

Ölçüsündən və büdcəsindən asılı olmayaraq bütün layihələrə eyni səviyyədə - peşəkarcasına, qayğı ilə və diqqətlə yanaşılır.

Məqsədimiz mürəkkəb dizayn problemlərini effektiv və yaradıcı şəkildə həll edərək sifarişçilərimizi peşəkarcasına və büdcə daxilində müstəsna xidmətlərlə təmin etməkdir.

Biz fövqəladə tələblərə dərhal və qəti şəkildə reaksiya vermək bacarığına malikik.

Bir çox üsullardan biri olaraq biz müştərilərimizə Konstruktiv Metodlardan istifadə edərkən özlərini nəinki təhlükəsiz hiss etmələrini təmin edir, eyni zamanda gəlirli və mənfəətli olmaları üçün xidmət göstəririk. Biz başa düşürük ki, mükəmməl mühəndisin dəyəri onun müştərilərin tələblərini dəyərləndirməkdə, müştərilərlə və layihələndirmə komandası ilə birgə işləyərək bütün tərəflər üçün ən yaxşı sistemin inkişaf etdirilməsindən ibarətdir. Bu məqsədlə də, bizim mühəndislərdən və layihə rəhbərlərindən ibarət komanda tərəfindən təklif olunmuş işlərə baxış keçirilir, xərclərin azaldılması və tikinti effektivliyini artırmaq üçün yollar axtarılır və layihələrimizin hər biri qiymətləndirmə mühəndisləri tərəfindən nəzərdən keçirilir.

Müştərilərlə sıx şəkildə işləyərək biz qarşılıqlı hörmət əsasında uzunmüddətli əlaqələri inkişaf etdiririk. Onların hər biri ilkin münasibətlərdən tamamlanmış işlərin təhvil verilməsinədək olan müddət ərzində öz üzərində bizim diqqətimizi hiss edir.

Biz özünəməxsus fərdi tələbləri yerinə yetirərək peşəkarlığın mükəmməl keyfiyyəti, vaxtında təmin etmə və adaptasiyalı olmağımızla qürur hissi keçiririk.

Sizinlə mövcud və gələcəkdəki layihə tələblərinizlə bağlı müzakirələr aparmaqdan çox məmnun olarıq.

© 2024 Lokal Group