Müqavilələr
Müqavilə növləri
Hər bir inşaat layihəsinin özünün texnolojilik və müqavilə üzrə ümumi “zaman-xərc-keyfiyyət” təəhhüdlərinin daxil olduğu ayrıca şərtlər dəsti var. Biz Sifarişçilərimizlə xüsusi olaraq fərdi Sifarişçinin ehtiyaclarına, o cümlədən mühüm xərc və zaman məhdudiyyətlərinə, spesifik layihələndirmə yerinə və ətraf mühitin gözəlliyinə uyğun olan, müxtəlif növ hüquqi qüvvəsi olan müqavilələr bağlaya bilirik. Sizə layihənizlə əlaqədar qərar qəbul etmə prosesində kömək etmək üçün aşağıda müqavilə növlərinin siyahısı və ümumi quruluşu verilib.
Müqavilə növünün və münasibliyinin yekun seçimi Lokal Group ilə Sifarişçi arasında İnşaat Müqaviləsi formalaşdıracaq.
İnşaatın İdarə Olunması / Ümumi Müqavilə
Bizim öz namizəd podratçı və sənətkarlarla birlikdə layihələndirmə və inşaat prosesinin ən kritik hissələrini yerinə yetirməklə Lokal Group inşaatın həyata keçirilmə müddətinə maksimal nəzarəti saxlayır. Məhz burada bizim inşaat idarəçiliyimiz sahə inşaat prosesini daşınma və çatdırılma, alqı-satqı, vaxt cədvəlləri, xərc cədvəlləri və bütün digər keyfiyyətlə əlaqədar standartlarla və şərtnamələrlə uyğunlaşdırır. Bizim nizam-intizamlı idarəçilik nəzarətimiz bizim bütün podratçılarımızın, satıcılarımızın və təchizatçılarımızın fəaliyyətlərini əhatə edir; biz əmin oluruq ki, onlar müqavilə əsasında bizə bağlı qalırlar ki, bu zaman həm xərclərə, həm də cədvələ xərcləri azaldılmış “birdəfəlik ödənişlə”, “xərclərlə birlikdə ödənişlə” və “təminat verilmiş maksimal ödənişlə” təminat verilir.
Sifarişçinin və İş Sahiblərinin tamamladığı hüquqi qüvvəyə malik müqavilədə müəyyən olunan şəkildə Layihələndirmə və Layihə Ofisi rəhbərliyi yuxarıda təsvir olunmuş həm İnşaatı İdarəetmə, həm də Ümumi Müqavilə formalarının kombinasiyasını yerinə yetirə bilərlər. İlkin inşaat öncəsi xidmətlər adətən layihənin başlanma tarixindən əvvəl həyata keçirilir; bu mərhələ müddətində müqavilənin başlanma tarixinin daha əvvələ çəkilməsinə nail olmaq məqsədilə Lokal Şirkətlər Qrupundan rabitə və xidmət xətlərinin köçürülməsinin başlanması xahiş edilə bilər.
İnşaatın İdarə Olunması (CM)
Bizim layihə idarəçiliyi inşaat öncəsi mərhələ və inşaat mərhələsi xidmətlərini yerinə yetirməsinə baxmayaraq işin müəyyən sahələrinin Lokal Gropun özü tərəfindən yerinə yetirilərək formal təsdiqlənməsi üçün onunla müqavilə bağlana bilər.Bizim İnşaatın İdarə olunması xidmətlərimizin 90%-dən çoxu “məsuliyyət riski” əsasında, Lokal Groupun maliyyə idarəetməsi ilə bütün podratçıları və subpodratçıları saxlmaqla və yekun layihə xərclərinə/cədvəlinə təminat verilməklə həyata keçirilir. Bizim İnşaat İdarəetmə Xidmətlərimizin tarazlığı “Qiymətdə Razılaşdırılmışdır” prinsipinə əsaslanır ki, bu zaman Sifarişçilər və digər əlaqədar tərəflər subpodratçı işlərinə görə işçi/saat və/və yaxud material və avadanlıq əsasında ödəniş tələbi üçün müqaviləyə əsasən məsuliyyət daşıyırlar.
İnşaatın İdarə Olunması müddətində konsepsiya layihələndirməsindən və inşaat dövründə layihələndirmə/inşaat işlərindən tutmuş layihə işləri dizaynda nəzərdə tutulduğu şəkildə tam təhvil verilib istismara verilənə qədər Lokal Şirkətlər Qrupu Sifarişçinin memar və konsultantları ilə əlaqəli çalışır. Lokal Şirkətlər Qrupunun çeşidli kommersiya “qiymətləri və xidmətləri” sözün əsl mənasında bizim Sifarişçilərimizin Xərclər, Planlaşdırma, Texnolojilik, Keyfiyyət və Zəmanət üzərində tam nəzarət etməsini mümkün edir..
Ümumi Müqavilə (GC)
Lokal Qrupunun layihə ofisi həm mürəkkəb inşaat öncəsi, həm də inşaat müddətindəki yekun müqavilə danışıqlarının nəticəsi kimi haqqı ödənilə bilən mərhələlərə bölünmüş xidmətləri peşəkarcasına yerinə yetirməyə qadirdir. Peşəkar planlaşdırma mütəxəssisləri və topoqrafları, işləri müəyyən edən tam bildirişlə birlikdə layihələndirmə dəstinə daxil olan bütün satınalma cədvəllərini çalışqanlıqla yerinə yetirəcəklər. Buraya yoxlama və sınaqlaşdırma planlarının identifikasiyası və bütün layihələrin dizayn/istismara vermə prosesinin bir hissəsi kimi tələb olunan keyfiyyətə nəzarət şərtnamələri daxildir.
Lokal Group kommersiya və inşaat üzrə rəhbərliyi geniş çeşidli ağır mülki inşaat və avtomobil yolları və körpü tikintisinin daxil olduğu struktur inşaatı işlərini yerinə yetirmək üçün zəruri olan geniş biliyə və təcrübəyə malikdir. Lokal Qrupunun namizədliyini irəli sürdüyü sub-podratçılar beton tökmə işinin layihələndirilməsi və istifadəsində, hündür beton svayların və karkasların qurulmasında, polad konstruksiyaların istehsalı və qurulmasında, mürəkkəb platformadan istifadə edilən xüsusi strukturların qurulmasında və metal və şüşədən istifadə edərək xarici fasadların inşasında təcrübəyə malikdirlər.
Layihələndirməyə Yardım (DA)
Lokal Groupun inşaat rəhbərliyi inşaatöncəsi iclas zamanı Sifarişçinin layihələndirmə komandasına yekun qərar qəbul etmə prosesini təkmilləşdirmək məqsədilə peşəkar komanda təklif edə bilər. Məhz istənilən layihələndirməyə yardım elementi sahəsində təcrübə və biliklərimiz sayəsində bütün Sifarişçi və iş sahibinin ehtiyaclarını qarşılamaq üçün ən yaxşı həll yolu tapmaq məqsədilə layihə dizayn peşəkarları ilə yan-yana işləyə bilirik. Bundan əlavə bizim Mexanika, Elektrik və Santexnika üçün Biznes Məlumat Modelləşdirməsi (MES BMM)dizaynı vasitəsilə layihələndirmə mərhələsindən tutmuş Layihələndirmə və İnşaat Paketləri mərhələsinə qədər daha öncəki əməkdaşlığı və məlumat ötürülməsini xeyli yaxşılaşdıra bilərik. Bundan əlavə, Paket Nəzarət və Sınaqlaşdırma prosesi yoxlamasının layihənin yekun keyfiyyətə təminat prosesini yönləndirməsi ilə Paket Nəzarət və Sınaqlaşdırma işi sahədə real vaxt ərzində tamamlanır.
Layihələndirmə - İnşa (DB)
Lokal Groupun layihə ofisləri Açar Təslimi şəklində bütün işlərin inşasına dair istənilən növ müqaviləni yerinə yetirməyə qadirdir. Bizim hakimiyyət orqanlarına şikayətin planlaşdırılması, memar layihələndirilməsinin tamamlanması, Sifarişçinin bütov layihəsinin inşa edilməsi və tamamlanması kimi bütün xidmətlərin daxil olduğu kommersiya və inşaat işlərimiz hər layihə üçün spesifik ola bilər. Layihələndirmə-inşa müqavilələri adətən “haqq müqabilində” yaxud “birdəfəlik ödəmə” şəklində formalaşdırılır.
Layihələrin Açar Təslimi şəklində idarə olunmasını dəstəkləməklə Lokal Qrupunun konsultasiya mütəxəssisləri və rəhbərliyi Layihələndirmə-İnşa layihələrini, o cümlədən təcrübəli ticarət dəsti idarəetməsi də daxil olmaqla tam idarəetmə strukturunun və administrativ ofisin təşkilini tamamlayacaq. Rəhbərliyimiz layihələndirmə və inşa layihə dəstlərini mühüm layihə qərarı qəbul etmə prosesinin təsir etdiyi səhmdarların da daxil olduğu bütün layihə komandası üzvləri ilə əməkdaşlıq etmək yolu ilə tamamlayacaq.
Birdəfəlik Ödəmə (LS)
Bəzən “Təminat Verilmiş Maksimum Qiymət” kimi istinad olunur. Bu, Lokal Group layihə inşasında təmin etdiyi xidmətlər dəstinin müqabilində müqavilə üzrə “birdəfəlik ödəniş” qəbul etməsidir. Məlumat Sorğusu (RFİ) üzrə layihələndirmə və inşaat prosesinin bir hissəsi olaraq razılaşdırılmış tamamlanmamış elementlər üçün Sifarişçi öncədən ödəniş nəzərdə tuta bilər. Müqavilə sənədləri yenilənərək inşaatın davam etmə prosesi zamanı Sifarişçinin təmin etdiyi müqavilə sənədləri və/və yaxud Məlumat Sorğusu (RFİ) üzrə təsdiqlənmiş göstərişlər ora daxil edilə bilər.
İnteqrasiya Olunmuş Layihə İcarsı(IPD)
Lokal Qrupunun 2025-ci ilə olan Biznes Planını Beynəlxalq Sərmayədarlar Portfelimizi və Beynəlxalq Podratçılarımızın sayını artıraraq daha geniş əsaslara malik müştəri xidmətləri təklif etməkdir. Lokal Şirkətlər Qrupu tam inteqrasiya olunmuş əsas beynəlxalq inşaat bazasından idarə olunacaq, və əməliyyatlarımız daha geniş, lakin ideyalara açıq idarəetmə strukturu ilə həyata keçiriləcək. Memar və layihələndirmə mütəxəssisləri komandalarımız ünsiyyət və əməkdaşlıq çərçivəsində sifarişçilərin layihələndirmə və inşaat prosesinə həmin yeganə idarəetmə strukturu vasitəsilə möhkəmləndirilməklə yanaşacaqlar. Bizim Qrup nəzarəti daxilində Inteqrasiya Olunmuş Layihə İcrası sahə layihə idarəetməsinin SƏTƏM keyfiyyət prosedurlarımız və İTP proqramlarımız vasitəsilə peşəkarcasına çatdırılmış Sifarişçi yönümlü inşaat yanaşmasına tam inteqrasiya olunmalarına imkan verir.