N.Nərimanov pr. 127/7Bakı, Azərbaycan
(+994 12) 510 47 71info@lokalgroup.az
Baz.Ert - Şən 9.00 - 18.00Bazar günü bağlı
  1. Haqqımızda
  2. Kadr potensialımız

Kadr potensialımız

Kadr potensialımız

Lokal Qrupun Məram və Məqsədi cəmiyyətin gələcək nəsli üçün reallığa əsaslanan möhkəm özül təmin etməkdən ibarətdir; biz birgə şəkildə inşaat işlərinin effektiv idarə edilməsinə nəzarət, vaxtlı-vaxtında məlumatlandırma, ideyaları paylaşmaq, qarşılıqlı razılığa əsaslanan komanda yaratmaq və qarşılıqlı hörmət və anlayış yolu ilə ümumi məqsədlərə nail ola bilərik. Yüksək təlim görmüş təcrübəli işçilərdən ibarət səriştəli komandalarmız rəqiblərimiz qarşısında ən güclü üstünlüyümüzdür ki, həmin komandaya xidmət edən mühəndis və peşəkarlar, həmçinin 700  saatdan artıq günəmüzd əmək haqqı alan işçilər cəlb olunaraq onlara dəstək göstərilir; bütün bu insanlar hamısı bizim Etimad, Qayda-Qanun, Kollektiv İş, Özünü Dərketmə, Dəyər və bizim əsas etik normamız olan Müştəriyə Yüksək Səviyyədə Diqqət və Müştəri Məmnunluğu kimi dəyərlərimizi təcəssüm etdirirlər. Lokal Qrupun kadrlar və insan resursları ofisləri mümkün olan yerdə və dərəcədə seçim və təlimlər vasitəsilə həmin resurslardan istifadə etməklə axtarışlarını davam etdirəcəkdir.

Bizim müvəffəqiyyətli nəticələr əldə etməyə istiqamətlənmiş işçi qüvvəmizə bir çox gündəlik sifarişlər və eyni zamanda böyük mükafatlar gətirən dinamik iş mühitində inkişaf edən peşəkar heyət silsiləsinə Memarlar, Dizaynerlər, Topoqraflar, CAD mühəndisləri, Mülki və İnşaat Mühəndisləri, Polad Emalı və Montajı mühəndisləri, Keyfiyyətə Nəzarət üzrə mühəndislər, SƏTƏM (Sağlamlıq, Əməyin təhlükəsizliyi və əməyin mühafizəsi) üzrə müşavirlər, Biznes Menecerləri, Həcm Mühəndisləri, Administratorlar, Mühasiblər və Auditorlar daxildir. Bizim işçilərimiz dörd cərgəli avtomobil yolunun layihələndirilməsi və tikintisindən tutmuş daha böyük strukturların yenidənqurulmasınadək olan bütün işləri ilk dəfədən “düzgün yerinə yetirməkləri ilə” qürur duyurlar.

Dizayn və inşaat təcrübəsinə paralel olaraq Lokal Qrup yeni karyeralar yetişdirir və yaradır. Bizim ağıl qapımız hər zaman yeni inşaatçı nəsli yetişdirmək məqsədi güdən hər yaş insana və öz potensialını artırmaq istəyən fərdlərə açıqdır. 2025 planı üçün şirkətimizin gələcək planında əsas rol oynayan treyninq proqramlarımız başlanğıc səviyyələrdən böyük menecment vəzifələrinə yüksəlmə kimi karyeranın inkişaf imkanlarını yaradır. Treyninq mərkəzlərində və müvafiq dövlət universitetlərinin kurslarında iştirak etməklə karyera inkişaf imkanları daha da genişləndirilir.

Bizim işçilər işə qəbul proqramları və təlimlərin idarə olunması kimi əsas təhsil standartlarını qəbul etməklə tikintidə peşəkar karyeraların yaradılmasını təsdiqləyirlər.

© 2024 Lokal Group