N.Nərimanov pr. 127/7Bakı, Azərbaycan
(+994 12) 510 47 71info@lokalgroup.az
Baz.Ert - Şən 9.00 - 18.00Bazar günü bağlı
  1. Əsas Dəyər
  2. HSE

Bizim Təqdimat Bizim haqqda daha çox öyrənin

HSE

HSE

Sağlamlıq, Əmək Təhlükəsizliyi və Ətraf Mühit

Bəyənnamə

Lokal Qrupun rəhbərliyi və işçi komandaları şirkətin fəaliyyətinin bir hissəsi olan, fəaliyyət göstərdiyimiz icmada yaşayan, yaxud bizim məhsullarımızdan istifadə edən hər bir kəsin sağlamlığını və təhlükəsizliyini qorumaqda maraqlıdır. Lokal Qrup olaraq inanırıq ki, bütün iş yerlərində qəzaların qarşısını ala biləcək və sıfır qəza məqsədimizə nail olmaq və onu saxlamaq üçün rəhbərliyimiz hər bir zəruri tədbiri görəcəkdir. Gördüyümüz işdən, harada və nə zaman işləməyimizdən asılı olmayaraq biz həmişə gördüyümüz işi yerli və beynəlxalq sağlamlıq, təhlükəsizlik və ətraf mühit standartlarına uyğun şəkildə həyata keçirəcəyik. Bu siyasət Şirkətin işçilərinin, Şirkətin biznes fəaliyyəti ilə əlaqədar olan digər şəxslərin sağlamlığının və təhlükəsizliyinin qorunması barədə və Şirkətin əməliyyat fəaliyyətləri nəticəsində ətraf mühitin çirklənməsinin qarşısının alınması barədə Şirkət Siyasətini müəyyən edir və çatdırır.

Bizim planımız

Rəhbərliyimizin və işçilərimizin sağlamlığını və təhlükəsizliyini qorumaq, onların ətraf mühit sahəsində prosedurlarımızla, bəyanatlarımızla strateji rəhbərlik məsuliyyətini müəyyən edən, başlayan, davam edən, aydın görünə bilən və fəal yuxarı rəhbərlik liderliyi nümayiş etdirməkdir.

Lokal rəhbərliyinə

Sağlamlıq, təhlükəsizlik və ətraf mühit məsuliyyətini dəstəkləmək və rəhbərlik effektivliklərini qiymətləndirdikləri zaman, ona kommersiya və maliyyə standartları ilə eyni dərəcədə önəm vermələri barədə göstəriş verilir. Rəhbərlik bütün işçilərin və podratçıların iş təhlükəsizliyini əmək şərtlərindən biri kimi qəbul etməli və hər biri öz və ətrafındakıların təhlükəsizliyi üçün məsuliyyət daşımalıdırlar. Menecerlər sağlamlıq və iş təhlükəsizliyi məlumatı sahəsində əlaqədar yenilikləri sub-podratçılara çatdıracaq və bu, işin təhlükəsiz və ətraf mühitə zərər vurmadan yerinə yetirilməsi üçün sub-podratçılardan lazımi və yenidən təlimləndirmələri dəstəkləməyi və təmin etməyi tələb edəcək.

Yoxla, ölç və nəzərə çatdır

SƏTƏM üçün əsas effektivlik göstəriciləri fəaliyyət göstərdiyimiz yerdə Sifarişçi qrupları, iş sahəsi rəhbərliyi və icmalarla effektiv açıq dialoqları inkişaf etdirə bilər. Fəaliyyət göstərdiyimiz yerdə özümüzü, podratçılarımızı və şirkətin aktivlərini zərərdən yaxud itkidən qorumaq məqsədilə insanların və ətraf mühitin sağlamlığını və təhlükəsizliyini qoruyub saxlayacaq sistemlər yaratmamız üçün Hökumət orqanları və Sifarişçilərlə birlikdə işləyəcəyik.

Sədaqətimizi bildirmək

Bu siyasətə olan sadiqliyimizi törəmə şirkətlərimizə, filiallarımıza, sub-podratçılarımıza bildirmək və onların dəstəkləməsini tələb etmək və bu siyasətin spesifik SƏTƏM Siyasəti tələblərinə uyğun olaraq yerinə yetirilməsinə əmin olmaq üçün kifayət qədər resurslar təmin etmək.

Ümidlərimiz...

Bu siyasətin tamamən icrası

Lokal Qrupun layihə rəhbərliyi bütün iş qəzalarını aradan qaldırmağa çalışacaq və Azərbaycanda və Beynəlxalq inşaat sahəsində SƏTƏM idarəetməsi və effektivliyi sahəsində tanınmış lider olacaqdır.

© 2024 Lokal Group