N.Nərimanov pr. 127/7Bakı, Azərbaycan
(+994 12) 510 47 71info@lokalgroup.az
Baz.Ert - Şən 9.00 - 18.00Bazar günü bağlı
  1. Haqqımızda
  2. Ortaqlarımız

Ortaqlarımız

Ortaqlarımız

Təsisçi partnyorlarımız

Tikinti bazarının keçmişinə nəzər saldıqda və əsas inkişaf potensialının reallığına baxış nöqteyi-nəzərindən Lokal Qrupun ixtisaslaşmış beynəlxalq müəssisə əsasında yaradıldığı və Azərbaycanda ümumi bir şirkət halında birləşərək ərsəyə gəldiyinin şahidi oluruq. Hər bir şirkət öz mənbələri, idarəetmə strukturları, müsbət keyfiyyətləri, infrastruktur layihələri və məhsullarının tədarükü və vaxtında çatdırılması nəticəsində uğurlu struktura malik şirkətə çevrilir. Lokal Qrupun fəlsəfəsi həm ölkə daxilində, həm də beynəlxalq miqyasda fərdi şəkildə və partnyorlarla birgə daha çox dəyər qatmaqla geniş əhatə dairəsi yaratmaqdan ibarətdir. Birliyin ilkin məqsədi olduqca böyük nüfuza malik peşəkar rəhbərlikdən ibarət qrup şəklində beynəlxalq iqtisadi prosesləri yaxından izləyə bilən bərabər hüquqlu və Azərbaycanda qeydiyyatdan keçmiş bir şirkət yaratmaq olmuşdur.

Əsas prinsiplər

Lokal Qrupun dəyərləri bizim planlaşdırma, iş və fəaliyyətimizin əsas prinsiplərini təşkil edir; həmin dəyərlər Lokal “Ailəsinin” bir hissəsi olmağın nə demək olduğunu müəyyənləşdirməyə kömək edir və həyata keçirdiyimiz hər bir işdə bizim üçün bələdçi rolunu oynayır. Bu prinsiplərin əsas məqsədi dəyərlərimizin gələcək arzularımızı təmin etməsinə yönəlmişdir.

Bizim strateji biznes bəyannamələrimiz, qrup idarəçiliyi və risklərin idarə olunması üzrə gələcəyə baxış məsələlərini, təhlükəsizliyi, ətraf mühitə münasibəti, xüsusilə də biznes fəaliyyətimizi gücləndimək üçün gələcəkdə investisiya kapitalının və resursların artırmasını əhatə edir.

Biznesin inkişafı

Dünyada sürətlə cərəyan edən iqtisadi proseslərin və yenilikçi ideyaların istehsal və tikinti sahələrinə tətbiqi misli görünməmiş inkişafa yol açır ki, bu da ölkələrin getdikcə daha çox inkişafdan, qabaqcıl texniki standartlardan və idarəetmə metodlarından yararlanmasına imkan yaradır.

© 2024 Lokal Group