N.Nərimanov pr. 127/7Bakı, Azərbaycan
(+994 12) 510 47 71info@lokalgroup.az
Baz.Ert - Şən 9.00 - 18.00Bazar günü bağlı
  1. Xidmətlər
  2. MES

MES

MES

Lokal Group şirkəti ənənəvi mexaniki, elektrik və santexnik mühəndisliyi xidmətlərinin yeni və təkmilləşmiş mövcud materiallarla təmin olunması üçün aparıcı sənaye arxitekturası və mühəndisləri ilə yanaşı çalışır.

Şirkətimiz standartların geniş spektorları və xüsusiləşdirilmiş mexaniki, elektrik və santexnik sistemlərinin dizayni, xüsusi ilə idarəetmə təchizatı, informasiya texnologiyasi, təhsil, müəssisə, dövlət və sənaye layihələri işlərinə cəlb olunub. Biz yeni avadanlıqlar və iriölçülü obyektlər üçün dizayn və inşaatla əlaqəli geniş servislər təklif edirik.

Mexaniki Hava Tənzimləyici İsitmə Sistemləri

Lokal Group Şirkəti Hava Tənzimləyici İsitmə sistemləri, soyuq su sistemləri, mikroprosessor əsaslı yoxlama və bina avtomatlaşdırma, rütubətə nəzarət və infra qızdırıcı sistemlər, içməli su sistemləri, şaxtaya davamlı kanalizasiya, yanğının müəyyən edilməsi və söndürülməsi, sıxılmış hava və qaz, su təmizləmə, tüstü və tozu aradan qaldırma, yanacaq paylama, kimyəvi maddələr üçün saxlanma və qarışdırma sistemləri də daxil olmaqla mexaniki sistemlər üçün böyük dizayn işləri təcrübəsinə malikdir.

Mexaniki dizayn qrupu bazar tələbatına uyğun mexaniki mühəndisliyin həllində fərqliliyin təmin edilməsində təcrübəyə malikdir.

Qızdırıcı, ventilyasiya və hava təmizlənmə, santexnika, yanğından mühafizə və digər mexaniki sistemlər istənilən avadanlığın ətraf mühitdə təhlükəsiz, etibarlı və səmərəli işlərində sənaye sektorundan asılı olmadan həlledici rol oynayır.

 

Elektrik Sistemləri

Lokal Group Şirkəti mövcud, paylanmış, istifadə olunan elektrik enerjisinin infrastrukturası üçün elektrik sistemlərinin, həmçinin yoxlama və monitorinq işlərinin dizaynlaşdırılmasında intensiv çeviklik və nüfuzla öz əsasını qoymuşdur.

Təxminən 10 ildir ki, şirkətimiz mülki və arxitektura layihələrində digər mühəndislərə ixtisaslaşmış elektrik mühəndisliyi xidmətlərini təmin edir, həmçinin enerji paylanması və təcili enerji ötürülməsinin bütün sahələrində sənaye və kommunal xidmətlərdə müştəriləri birbaşa dəstəkləyir.

Lokal Group elektrik mühəndisliyi xidmətlərinə daxildir: enerjinin verilməsi və paylanması sistemləri, orta gərginlikli söndürmə cihazları, motor yoxlama mərkəzləri, işıqlandırma sistemləri, enerjinin bərpa olunması, təcili enerji və ötürmə sistemləri, dayanıqlı enerji təchizatı, artıb-azalma, işıqlandırmanin qorunması və insan həyatının mühafizəsi sistemləri.

Lokal Group elektrik enerjisinin paylanması xidmətləri, geniş yayılmış ötürmə, işıqlandırma, ehtiyat enerji və avtomatik ötürmə, kəsilməz enerji təchizatı, enerjinin artıb-azalması, yer örtüyünün döşənməsi, insan həyatının təhlükəsizliyi və enerjinin təcili dayandırılması sistemləri də daxil olmaqla hər layihə üçün geniş elektrik enerjisinin təmin edilməsində öz təcrübəsini göstərir.

Bizim komputer modelləşdirmə mütəxəssisləri ən son proqramla elektrik enerjisinin çəkilməsində, enerji cərəyanının modelləşdirilməsinin təmin olunmasında, qısa qapanmanın araşdırılmasında, yeraltı kabel yolunun temperaturu, mühafizə cihazlarının koordinatlaşdırılması, və ani təhlükənin araşdırılmasında ixtisaslaşdırılmış və sertifikatlaşdırılmışdır.

Santexnika sistemləri

Lokal Group içməli su, saxta və çirkab su sistemləri, yanğının müəyyən edilməsi və söndürülməsi, sıxılmış hava və qaz sistemləri, su təmizlənməsi sistemləri üçün dizaynlaşdırmanı təmin edir. Lokal Group elektrik cərəyanı sürətini hesablaya bilir, əsas hissələrin yerləşdirilməsini, yerdən quraşdırılmış kanalizasiya və ehtiyat yanğın borularını müvafiq qaydalara əsaslanaraq ətraflı və intuitiv sxemlərlə inkişaf etdirir.

İT İnfrastrukturu

İT İnfrastruktur sistemlərinə fiber optikanin, mis kabellərin, mikrodalğalı və radio şəbəkənin, həmçinin normal enerjinin, ehtiyat enerjinin, kəsilməz enerjinin və enerjinin təcili dayandırılması sistemlərinin, kabel çəkilməsinin, məlumatın çatdırılması və şəbəkə cihazlarının, kabel saxlanması və avadanlıq dirəklərinin, anti-statik döşəmə və torpaq sistemlərinin, həmçinin İT avadanlıqları üçün girişə nəzarət və müşahidə texnologiyasınin tamamlanması və dizaynlaşdırılması daxildir.

Kabellərin quraşdırılması

Lokal Group layihələndirmə, təchizat, böyük ölçülü işin yerinə yetirilməsi və idarəolunması, strukturalı əlaqə və informasiya şəbəkəsi sahələrində böyük təcrübəyə malikdir, Bizim təcrübəmiz məlumat mərkəzlərinə kabel quraşdırılmasından tutmuş layihələrə fiber liflərin və misin paylanmasına kimi uzanır; boruların əhatələnməsi, lyuk, yeraltında birbaşa basdırılmış avadanlıqlar və antenna sistemləri də bunlara aid olunur.

Telefon və Radio Əlaqə

Biz müntəzəm olaraq təstiq edilmiş bütün radio texnologiyalara nəzərən radio əlaqəni vahid halda birləşdiririk. Bizim xidmətimizə radioəlaqə avadanlıqların seçilməsi, antenna növlərinin və yüksək tələblərin təşkil olunması üçün siqnalın yüksəldilməsi sahələri və əlaqədar elektrik və İT infrastrukturu sistemlərinin layihələndirilməsi daxildir.

© 2024 Lokal Group