N.Nərimanov pr. 127/7Bakı, Azərbaycan
(+994 12) 510 47 71info@lokalgroup.az
Baz.Ert - Şən 9.00 - 18.00Bazar günü bağlı
  1. Xidmətlər
  2. İnfrastruktur

İnfrastruktur

İnfrastruktur

Mülki inşaat işlərinin “canlı mühitinin” coğrafi müxtəlifliyi, layihələrin mürəkkəbliyi və ictimai təbiəti bizim mülki inşaat komandamızın çiyinlərinə nəhəng məsuliyyət yükü qoymuşdur. Bizim cavabımız yüksək səviyyəli texniki inşaat peşəkarlığı tələb edən müstəsna dərəcədə mürəkkəb sənaye sahəsi ilə nəticələnir. Tikilinin istər torpaqda, istərsə də su üzərində, istər sıx şəhərdə, istərsə də kənar ərazilərdə olmasından asılı olmayaraq Lokal Qrupun mülki inşaat şirkətləri hər zaman sifarişçilərimizin etimadını doğruldan mürəkkəb layihələrin həyata keçirilməsində çox dərin təcrübə və qabiliyyətə malikdir. Ətraf mühit nöqteyi-nəzərindən həssas olan layihələndirmə və inşaat variantlarına bizim təcrübəli layihə idarəetmə ofisimiz və sahə komandalarımız bacarıqla yanaşırlar.

Etika

Etik biznes Lokal Qrupun göstərdiyi xidmətlərin mahiyyətini təşkil edir. Bu, bizim kimliyimizin, reputasiyamızın, irsimizin, proseslərimizin və davranış tərzimizin fərqləndirici hissəsidir. Bizim Biznes Prinsiplərimiz bu inamı əks etdirir və möhkəmləndirir. Həmin prinsiplər vasitəsilə biz cəmiyyətdə pozitiv rol oynamağa davam edir, səhmdar dəyərlərimizi inkişaf etdirir və ən yaxşı tip insanları cəlb edərək inkişaf etdiririk. Bizim barəmizdə necə hərəkət etdiyimizə baxaraq mühakimə yürüdürlər və hər birimiz Biznes Prinsiplərimizə əsasən hərəkət etsək, bizim reputasiyamız yüksəkdə dayanacaq. Bizim reputasiyamız və gələcəkdə uğurumuz yalnız qanunlara əməl etməkdən deyil, həm də ən yüksək etik və mühit standartlarına əməl etməkdən kritik şəkildə asılıdır. Bu Biznes Prinsiplərinə əməl etmək şirkətimizin borcudur və mühüm inşaat layihələrində iştirakımızı davam etdirə və “dünyamiqyaslı yenilikçi texnologiya” təqdim edə bilməyimiz üçün Lokal Şirkətlər Qrupunun gücünü və mədəniyyətini möhkəmləndirməyimizə kömək edəcək.

Nəqliyyat infrastrukturu

Lokal Qrupu avtomobil yolları, körpü dəyişdirilməsi və bərpası, tunellər, yol keçidləri və dəmir yolları kimi kompleks nəqliyyat infrastrukturu layihələri üçün xüsusi xidmətlər təmin edə bilər. Son 8 il ərzində Lokal Qrupu ölkənin bir çox əhəmiyyətli və çətin layihələrinin beynəlxalq standartlar əsasında uğurla yerinə yetirilməsi üçün məsul olmuşdur. Lokal Qrupun strateji olaraq Azərbaycanın rayonlarında və digər Xəzəryanı dövlətlərdə həyata keçirdiyi mülki inşaat əməliyyatları əsasında biz, getdikcə artan nəqliyyat ehtiyaclarını hər zaman qarşılamaq üçün cəld reaksiya göstərməyə qadirik.

Su infrastrukturu

Lokal Qrupu su və çirkabsu təmizləmə qurğularını və binalarını, boru xəttlərini və digər su infrastrukturu layihələrini istənilən relyef şəraitində sahildən sahilə inşa etmək üçün geniş möhkəm təcrübəyə malikdir. Lokal Qrupun layihələndirmə ofisi istənilən sutəmizləyici və su idarəedici proseslərin ehtiyaclarını qarşılayacaq unikal həll yolu tapmaq üçün sizin layihə komandanızın bir üzvü kimi işləmək peşəkarlığına malikdir. İlk yaxud təkrar sifarişçi olmağınızdan asılı olmayaraq sizin məqsədləriniz müəyyən olunmuş zaman və büdcə daxilində həyata keçirilməsi üçün Lokal Qrupu ictimai iş layihələrinə uğurla çeşidli səhmdar qrupları cəlb etmək üçün lazım olan geniş təcrübəyə malikdir.

Ekoloji inşaat xidmətləri

Lokal Qrupun Planetimizin ekologiyasına davamlı sadiqliyi bizim davamlı inkişafa olan güclü inamımızla daha da artır; bu isə lüzumsuz və artıq torpaq dolğusu tullantılarına yönəldilmiş hərtəfərli ətraf mühit xidmətləri prosedurları ilə dəstəklənir. Müxtəlif layihələndirmə paketlərini, o cümlədən torpağın münbit qatının bərpasını və geniş ictimaiyyətə satmaq məqsədilə dənəvər inşaat materiallarının və əlavə məhsulların yenidən toplanması və istehsalı ilə birlikdə bərpa emalını ünvanlamaq üçün bizim SƏTƏM direktivlərimizin daxilində ciddi protokollar mövcuddur. Biz ətraf mühitimizə hörmət etmək və bütün layihələri bizim xüsusi sözlərimiz olan “gələcəyi paylaşmaq üçün qayğı göstər” şüarı ilə inşa etmək istəyirik.

Davamlı inkişafa bağlılıq

Lokal Qrupun Davamlı İnkişafa bağlılığına həm ətraf mühit, həm də cəmiyyət daxildir və bizim etik normalarımız insanları həmin bağlılığın əsas obyektinə çevirir. Məhz buna görə də Lokal Qrupun rəhbərliyi inkişaf təşəbbüslərini və bütün səviyyələrdə ekoloji cəhətdən məsul və davamlı olan layihələri diqqət mərkəzində saxlayır. Şirkətimiz öz səhmdarlarının məmnunedici və təhlükəsiz iş mühiti təmin etmək və saxlamaq cəhdlərini dəstəkləyir və həvəsləndirir. Lokal Qrupun gücü bizim yerlərdə təlimləndirilmiş menecerlərimizin və kadrlarımızın müxtəlifliyində, və şirkətimizin dünya miqyasında mövcudluğundadır.

Lokal Qrupda olduğu tarixdən asılı olmayaraq bütün menecerlərimizin və işçilərimizin inkişafına sərmayə qoymağı ilk yerdə duran vəzifə hesab edir. Yenilik və üstünlük tam Qrupun mədəniyyətinin ürəyi olacaq, və sifarişçilərimizə xidmət edərkən bizim Sağlamlıq, Təhlükəsizlik və Keyfiyyət standartlarımızı yüksəldən yeni, ekoloji cəhətdən daha təmiz texnologiyalar və digər yeniliklər inkişaf etdirmək üçün sərmayə yatırmağımızın nə üçün bizim təəhhüdlərimizə daxil olduğunu izah edir.

Sizin üçün faydalar

Sizin düzgün mülki inşaat podratçısına etibar etməyə ehtiyacınız olduğu və geniş təcrübə, rəqabətli qiymət, keyfiyyətə təminat, düzgünlük və layihənizə sədaqət axtardığınız zaman siz Lokal Qrupu ailəsindən istədiyiniz şirkətə həmin işdə podratçı olmağı etibar edə bilərsiniz. . Lokal Qrupdakı hər bir podratçının “təhlükəsiz işlə” və “hər zaman vaxtında çatdır” etik prinsipi ilə əsası qoyulub və dəstəklənir.

© 2024 Lokal Group