Müşavirlik
İdarəetmə üzrə konsaltinq
Lokal Şirkətlər Qrupu iş sahəsində və ofisdə daha yaxşı əməliyyat effektivliyinə malik olmaq məqsədilə idarəetmə tərzində nisbi təkmilləşmələr təklif etməyə qadir olan yüksək səviyyəli təcrübəli layihə konsalting mütəxəssislərinə malikdir. Sübut olunmuş çeşidli metodlar vasitəsilə bizim konsaltinq mütəxəssislərimiz sizin mövcud biznes əməliyyatı qabiliyyətinizi audit və maddi-texniki əsaslandırma metodlarından istifadə etmək yolu ilə araşdıra bilərlər.Bizim, şirkətin təşkilati struktur balansından tutmuş şöbədaxili analizlərə qədər həyata keçirdiyimiz qiymətləndirmələr və tövsiyyələr sizin həyata keçirdiyiniz əməliyyatları gələcək planlaşdırılmış biznes fəaliyyətinizin tələblərinə cavab verməsi üçün təkmilləşdirə bilər.
Konsaltinq yanaşmasının əhatə dairəsi
Lokal Şirkətlər Qrupunun Konsaltinq Komandası ümumi korporativ strategiyanın qurulmasından tutmuş əməliyyat sahəsində təkmilləşdirmələrə qədər bütöv biznes spektrini öncədən müəyyən edilmiş hərəkət planı vasitəsilə əhatə edir.
Konsalting Komandası iki yanaşmadan biri vasitəsilə təyinatlandırılır: Yuxarıdan-aşağıya (biznesin strateji cəhətdən daha əhəmiyyətli sahələri ilə başlamaq; qeyd edək ki, bu, bizim üstünlük verdiyimiz yanaşmadır), yaxud Aşağıdan-yuxarıya (diqqət mərkəzini ayrı-ayrı əməliyyat funksiyalarına yönəltməklə). Bu, xeyli dərəcədə biznesin növündən və biznesin nail olduğu yetkinlik səviyyəsindən asılı olacaq.
Bizim konsaltinq komandamız çoxsaylı güclü standartlaşdırılmış çeşid təkliflərimizə və bundan əlavə bizim həmin təklifləri ölçüb-biçərək müştərimizin spesifik tələblərinə uyğunlaşdırmaq məqsədilə professional qaydada dəyişdirmək qabiliyyətimizə əsaslanaraq konsaltinq tapşırığının əhatə dairəsini müəyyənləşdirəcək.
İnşaatdan öncəki mərhələnin idarə olunması
İnşaatdan öncəki mərhələnin idarə olunmasına Sifarişçinin adından yerinə yetirilən, lakin göstərişlər əsasında spesifik olaraq tamamlanan inşaatdan öncəki xidmətlərin elementlərinin həyata keçirilməsi, asanlaşdırılması, cədvəlləşdirilməsi, həmin xidmətlərə rəhbərlik, onların keyfiyyətinə nəzarət və onların analizi daxildir. Lokal Qrupun konsaltinq mütəxəssisləri məxsusi olaraq inşaatöncəsi xidmətlərin həyata keçirilməsinə, idarə olunmasına, onlara rəhbərliyə, keyfiyyətinə nəzarətə və onların analizinə yönləndirilmiş Sifarişçinin tələblərinə uyğun olan çoxvariantlı və çeşidli inşaatöncəsi xidmətlər təklif edə bilərlər; həmin təkliflər aşağıdakılardır, lakin bunlarla məhdudlaşmır:
- Layihənin maddi-texniki əsaslandırılması üçün araşdırmalar–Layihələndirmə və Texnolojiliyə baxış–Əsas iş qrafikinin tərtib olunması
- İlkin Layihə Smetasının tərtibi - Smetalar–Konseptual Qiymətləndirmə - İş Həcminin müəyyən olunması
- Xəclərin Effektivliyi Analizi–Texniki Vasitələrin Maddi Cəhətdən Effektivliyi–İlkin Büdcə Xərcləri
- Təklif Sorğuları və Tender Təklifi Formaları–Tender Təklifinin Hazırlanması və Tender Təklifinin Təhlili
Təklifin hazırlanması
Strateji təklifin hazırlanması fəaliyyətləri işin mahiyyəti məsələsi olmalı, real zaman variantlarının hesablanması isə yersiz məlumatlar olmadan şəffaf riyazi hesablamalar təqdimatı olmalıdır. Lokal Şirkətlər Qrupunda biz sizin müdiriyyətlə birlikdə işləyərək təklif prosesində sizə yardım edəcəyik. Fərdi təklif prezentasiyası layihənin uğurlu, yaxud uğursuz olmasını müəyyənləşdirir. Müasir bazarda yalnız yüksək rəqəmlər göstərmək kifayət deyil; gəlin etiraf edək ki, əgər sizin rəqibləriniz bənzər məhsula yaxud xidmətə malik olmasaydılar sizin rəqibləriniz olmazdılar. Bizim Lokal Şirkətlər Qrupu üçün uğursuzluq bir variant hesab edilə bilməz, bizim konsaltinq mütəxəssislərimiz sizin, yəni Sifarişçinin şirkətinin bizim üçün yalnızönəmli olduğunu bilmənizi deyil, həm də sizin şirkətinizin ən yaxşı olduğunu bilməniz üçün əllərindən gələni edəcəklər.
Maddi-Texniki əsaslandırma
Maddi-texniki əsaslandırmanın məqsədi hər hansı bir problemin olub-olmadığını münasib qiymət müqabilində müəyyən etməkdir; beləliklə də hər hansı problem yaxud onunla əlaqədar qayğının müəyyən edilməsindən sonra əksər hallarda maddi-texniki əsaslandırma gəlir. Əsl maddi-texniki əsaslandırma ilkin layihə inkişafı dövrünün analiz mərhələsinin həll edilə bilən məsələlərə və onları həll etməyin əhəmiyyəti olub-olmamasına yönəldilmiş, sıxılmış və gələcəkdə mümkün istifadə üçün olan versiyasıdır. Bu araşdırmaya həmçinin təfərrüatlı problem müəyyənedici kimi baxmaq olar; lakin yadda saxlamaq vacibdir ki, maddi-texniki əsaslandırma tam olaraq bizə ilkin məlum olan məlumata əsaslanan yeganə ilkin hesabatdır. Bir çox təşkilatlarda bütün layihələr üçün maddi-texniki əsaslandırma hesabatları sifarişçinin idarəedici komitəsinə təqdim olunur ki, onlar da onlar ya seçilmiş düzəlişlərlə təsdiq olunur, ya da hətta əgər problemin həlli üçün resurslar ayrılmış olsa belə, əslində problemi həll edə bilmir.
Yaxşı hazırlanmış maddi-texniki əsaslandırma müvəffəqiyyət ehtimalı hissi bağışlayır, problemin həlli üçün gözlənilən xərc orada öz əksini tapır və resurs ayrılması qərarının qəbul olunması üçün müdiriyyətə əsas verir. Maddi-texniki əsaslandırma layihələndirmədən öncəki mərhələlərdə və layihə inkişafı dövrünün inşaat mərhələsindən əvvəl baş verdiyi üçün həyata keçirilən araşdırma və tapıb müəyyən etmə prosesi əksər hallarda komplektləşdirilmiş sistemin əhatə dairəsini əhəmiyyətli dərəcədə dəyişə bilən gözlənilməyən parametrləri və problemləri aşkar edir. İri həcmdə pul vəsaitləri xərclənmədən öncə belə məsələləri müəyyən etməkdə fayda vardır.
Bununla belə, bu cür gözlənilməzliklər maddi-texniki araşdırmanın özünün planlaşdırılmasını, cədvəlləşdirilməsini və büdcəsinin müəyyən edilməsini çətinləşdirir, və xərclərin yol verilə bilən həddən kənara çıxmamasına əmin olmaq üçün ciddi idarəedici nəzarət tələb olunur. Eyni bir layihənin başlanması hər hansı bir Sifarişçi üçün xüsusən yüksək dəyər kəsb edən sərmayə yatırımı formasıdır, xüsusən də çoxlu qeyri-müəyyənliklər olan zaman. Hər bir inşaat sərmayə yatırımında risk var; buna görə də məxariclər və daha çox irihəcmli resurslar sərf etməzdən öncə uğur ehtimalını araşdırmaq məntiqlə düzgün bir işdir.
Strateji tender təklifi və Təxmini qiymətləndirmə işi
Strateji tender təklifi hər bir ciddi iş üçün mütləqdir. Tenderdə uğur qazanma ehtimalının olduğunu bilmək şirkətin resurslarından səmərəli istifadə olunmasında həlledici əhəmiyyətə malikdir. İşin növü, tender iştirakçılarının sayı, müqavilə növü və digər amillər tender dövründə sizin uğur qazanmağınıza təsir edir. Lokalın konsaltinq mütəxəssisləri daha yaxşı ümumi nəticələrə nail olmağınız üçün tədbirlər sistemi hazırlayıb həyata keçirə bilərlər. Təxmini qiymətləndirmə və tender təklifi, sifarişçinin yatırdığı sərmayənin rentabelliliyi nəzərdə saxlanmaqla optimal iş qabiliyyəti alınması məqsədilə qiymətləndirilir. Mövcud təcrübələrin qiymətləndirilməsinə təcrübəli işçi heyyəti, avadanlıq və proqram sistemlərinin yenilənməsi, təxmini qiymətləndirmə yaxud tender növləri və texniki məlumatlar daxildir. Hesabatda analizlər və spesifik tövsiyyələr, arxa fon məlumatına nisbətdə analizlərin əhatə dairəsi ehtiyacları, məqsədlər və yekun tövsiyyələr öz əksini tapacaq. Hər bir sifarişçi tövsiyyəsinə layihəyə daxil edilmiş cari təcrübə və rasional və “dəyişikliklərin idarə edilməsi” prosedurları daxildir.